Göyçayda uşaq poliklinikası yandırılıb
02 Mart 2009 Bazar Ertəsi 16:10
Göyçayda Uşaq Poliklinikasında yanğın olub.Hadisə saat 3.30 radələrində baş verib.Yanğın zamanı poliklinikadakı həkim otağının döşəməsi,inventar avadanlıqları və uşaqların inkişaf anketləri yanıb.
Vaxtında hadisə yerinə çatan Göyçay rayon Yanğından Mühafizə Xidmətinin (YMX) əməkdaşları 10 dəqiqə ərzində yanğını söndürə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
YMX-dən və Göyçay rayon Polis Şöbəsindən APA-nın əməkdaşına bildirilib ki, hadisə qəsdən törədilib. Məlumata görə, yanğın söndürülən zaman bir nəfər poliklinikanın pəncərələrinə daş ataraq alovu söndürməyə mane olmağa çalışıb. O, xəstəxananı özünün yandırdığını deyib və YMX əməkdaşlarına təzyiq göstərib. Polis əməkdaşları həmin şəxsi şübhəli şəxs qismində saxlayıblar. Məlum olub ki, bu, 1971-ci il təvəllüdlü rayon sakini Həzrətquliyev Elşad Rəcəb oğludur.
Həmin şəxsin ruhi xəstə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar