Gəncə şəhərində yerli narkobaron tutuldu
31 May 2014 Şənbə 19:31
Məhərrəm Ağayev öz həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada narkotik vasitələrin becərilməsi ilə məşğul olub.
Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakininin mənzilindən külli miqdarda narkotik vasitə tapılıb.

ANS PRESS-in məlumatına görə, əməliyyatçılar tərəfindən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Ağayevin yaşadığı Rəhim Hüseynov küçəsi, ev 18-ə baxış keçirilib. Baxış zamanı məlum olub ki, M.Ağayev öz həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada narkotik vasitələrin becərilməsi, qurudulması və satışı ilə məşğuldur.

Polis əməkdaşları tərəfindən M.Ağayevin yerində ifadəsi alındıqdan sonra Polis İdarəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar