Gecə Bakıda iki BMW maşın toqquşdu
22 İyul 2014 Çərşənbə Axşamı 08:00
Qəzaya ilkin səbəb kimi, sürət həddinin aşılması göstərilir.
Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib. Böyük Şor şosesində qeydə alınan qəzada iki “BMW” maraklı minik maşını toqquşub.

Metronun Koroğlu stansiyasından Sabunçu dairəsinə doğru eyni istiqamətdə hərəkət edən maşın sahibləri sonda avtomobillərini bir-birinə çırpıblar.

Toqquşan maşınlar yolun kənarındakı dəmir arakəsmələrə dəydikdən sonra dayanıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəzaya ilkin səbəb kimi, sürət həddinin aşılması göstərilir.

Sabunçu rayon dövlət yol polisi idarəsi qəza ilə bağlı araşdırmalara başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar