Ermənistan atəşkəsi pozub
02 Mart 2009 Bazar Ertəsi 10:40
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur

Ermənistan silahlı qüvvələr martın 1-də, gündüz saat 12-dən axşam saatlarına qədər, fasilələrlə Ermənistanın Berd rayonunun Mosesqex və Ayqepar kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun adsız yüksəklikləri və Əlibəyli kəndindəki mövqelərini, həmçinin, Füzulinin və Xocavəndin adsız yüksəklikləri, eləcə də Xocavəndin Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar