Ermənilər iriçaplı pulemyotlarla atəşkəsi pozublar
02 Fevral 2015 Bazar Ertəsi 09:34
Cəbhədə atəşkəs yenidən pozulub. Ermənilər iriçaplı pulemyotlarla atəşkəsi pozublar.
Cəbhədə atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 64 dəfə pozub.

Ermənistan Respublikasının İcevan rayonunun Paravakar, Vazaşen və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonundakı adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Barekamavan və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub


DOSTLARINLA PAYLAŞ:

oyunlar