Ermənilər cəbhədə təlimlərə başlayıblar
26 Mart 2009 Cümə Axşamı 12:30
Toplar, tank və "Qrad" qurğularından müxtəlif hədəflərə doğru atəş açılır

 

Bu gün saat 11:30-dan etibarən Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı Uzundərə adlanan ərazisində hərbi təlimlərə başlayıblar. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, təlimlərdə əsasən artilleriya silahlarından istifadə edilir. Toplar, tank və "Qrad" qurğularından müxtəlif hədəflərə doğru atəş açılır. Təlimin keçirildiyi ərazi Ağdamın cəbhə xəttində yerləşən yaşayış məntəqələrindən təqribən 5 km aralı olduğu üçün atəş səsləri rayonun cəbhə xəttindəki bütün ərazilərində aydın eşidilir. Təlim davam edir.

/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar