Ermənilər atəşkəs rejimini pozub
28 Aprel 2009 Çərşənbə Axşamı 10:05
Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur

 

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 27-də saat 20.10-dan 20.45-dək, 21.00-dan 21.40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Mosesqex və Çinarlı kəndləri, İcevan rayonu Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax və Tovuz rayonlarının ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Əlibəyli, Koxanəbi və Ağbulaq kəndləri ərazisində yerləşən mövqelərini, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məluamtına görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur./ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar