Əkiz körpələrini itirən ana öldü
14 İyul 2014 Bazar Ertəsi 11:16
Ötən gün Cəlilabad rayonunda əkiz uşaqlarını itirən ana dünyasını dəyişib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Cəlilabad Mərkəzi rayon Xəstəxanasında müalicə alan 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyeva vəfat edib. Qadının böyrək çatışmazlığından öldüyü bildirilir.

Qeyd edək ki, mart ayının 18-də qadın qeysəriyyə əməliyyatı olub. Onun 2 əkiz uşağı ölü doğulub. Əməliyyatdan sonra qadında problemlər yaranıb. Bundan başqa, o da bildirilir ki, Gülnarə Şəmiyeva hamilə olarkən 2-ci mərtəbədən yıxılıbmış. Bu üzdən qadın travma alıb. Sonradan qanaxma olub və qadını əməliyyat ediblər.

Əməliyyatdan sonra isə qadının böyrəyində problemlər olub. Müalicə olunmasına baxmayaraq, qadında irəliləyiş olmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar