Dövlət Neft Akademiyasında silahlı basqın
30 Aprel 2009 Cümə Axşamı 10:25
Hələ ki, 13 nəfərin xəsarət aldığı məlumdur
Bu gün Bakıda Azərbaycan Dövlət Neft Akademiyasının binasına silahlı basqın olub. ANSPRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, atışma nəticəsində hələ ki, 13 nəfərin xəsarət aldığı məlumdur. Onların arasında ölənlərin də olduğu bildirilir. İlkin məlumata görə, hadisə iki silahlı şəxs tərəfindən törədilib. Onlardan biri isə daha sonra özünü güllələyib.Silahlı şəxslərin birinci mərtəbədən yuxarı mərtəbələrə qədər atəş aça-aça qalxdıqları deyilir. Xəsarət alanların sayı arta bilər.
 
ANSPRESS/ 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar