Doğum evindən oğurluq edilib
13 Aprel 2009 Bazar Ertəsi 11:20
Mehman Quliyev Lalə Hüseynovanın 143 manatını, 2 ədəd telefon nömrəsini və şəxsiyyət vəsiqəsini oğurlamaqda şübhəli bilinir

Bakı şəhərində 1 saylı Doğum Evindən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. Bakı Şəhər baş Polis İdarəsindən ANS PRESS-ə daxil olan məlumata görə, aprelin 4-də saat 13:30 radələrində 1 saylı Doğum Evində Lalə Hüseynovaya məxsus gödəkçənin cibindən 143 manat, iki ədəd telefon nömrəsi və şəxsiyyət vəsiqəsi oğurlanıb. Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 35 yaşlı Mehman Quliyev aprelin 12-də saxlanılıb. Faktla bağlı istintaq aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar