Cinayətkar dəstə zərərsizləşdirilib
11 Mart 2009 Çərşənbə 15:00
Bakıda Nigeriya vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, Nigeriya vətəndaşlarından 20 kiloqramdan artıq heroin götürülüb

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığı ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində əsasən Nigeriya vətəndaşları olan və paytaxtın Yasamal raynunda kirayədə yaşayan 1977-ci il təvəllüdlü Ojuyederie Ceyms Okeneruim, 1974-cü il təvəllüdlü Okvara Filip Namdi, 1984-cü il təvəllüdlü Oqbonna Sabastine Okeçukvyun, 1972-ci il təvəllüdlü Peter Unojite, 1982-ci il təvəllüdlü Davies Ulovasegün İsola və 1982-ci il təvəllüdlü Nduka Valentin saxlanılıblar. Onlardan 20 kiloqram 675 qram heroin götürülüb. Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır./ ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar