Cəlilabad rayonunun Sadatlı kəndində meşə yanıb
30 Avqust 2014 Şənbə 11:22
Cəlilabad rayonunun Sadatlı kəndində, rayon mərkəzindən 24 km aralıda meşə ərazisində 1,5 ha sahədə kol-kos, quru ot və ağaclar yanıb.
Cəlilabadda meşədə baş verən yanğın söndürülüb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 30-da Cəlilabad rayonunun Sadatlı kəndində, rayon mərkəzindən 24 km aralıda meşə ərazisində 1,5 ha sahədə kol-kos, quru ot və ağaclar yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Azərbaycanda ərazisində meşə massivlərində yanğın hadisələri baş verir. Son günlər İsmayıllı, Lənkəran, Şəki və Şabran rayonlarında meşəlik ərazilərdə yanğınlar qeydə alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar