Buludlu hava hökm sürəcək
02 Mart 2009 Bazar Ertəsi 16:55
Yaxın üç gün ərzində respublika ərazisində buludlu hava şəraiti hökm sürəcək,Bölgələrə qar yağacaq

 

Bakı və Abşeron yarımadasında yaxın üç gün ərzində buludlu hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mühəndisi Yeganə Cabbarovanın ANS PRESS-ə verdiyi məlumata görə, martın 3-də və 4-də hava arabir açılacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman və çiskin olacaq. Axşam yağıntı düşməsi ehtimalı var. Cənub-qərb küləyi, gündüz şimal-qərb küləyi ilə əvəz ediləcək. Axşama doğru küləyin sürəti arabir artacaq. Havanın temperaturu axşam 3-6, gündüz 8-11 dərəcə olacaq.
Martın 5-də isə hava dəyişkən-buludlu və yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gecə və səhər saatlarında arabir güclənəcək. Axşam 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində də hava yaxın 3 gündə qeyri-sabit olacaq. Bəzi bölgələrdə yağış, dağlıq rayonlarda isə sulu-qar və qar yağacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu axşam 2-7, gündüz 8-13, dağlarda 0-5 dərəcə təkşil edəcək. Martın 5-i gündüz hava yağmursuz olacaq.

/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar