Binə qəsəbəsində ər arvadını öldürüb
13 Avqust 2014 Çərşənbə 17:03
Bakının Xəzər rayoununda qətl törədilib. Hadisə dünən Binə qəsəbəsində qeydə alınıb.
Bakının Xəzər rayoununda qətl törədilib.

ANS PRESs-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə dünən Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini Layiq Axundov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı Lətifəni bıçaqla qətlə yetirib.

Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L. Axundov tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar