Bərdədə Xalçaçılıq fabrikində yanğın olub
30 Yanvar 2015 Cümə 15:08
Bərdədə Xalçaçılıq fabrikində yanğın baş verib. Yanğın zamanı 4 nəfər bina sakini təxliyə edilib.
Bərdədə Xalçaçılıq fabrikində yanğın baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla verdiyi məlumata görə, Bərdə şəhərində üçmərtəbəli Xalçaçılıq fabrikinin məcburi köçkünlərin məskunlaşdığı 2-ci mərtəbəsində, ümumi sahəsi 44 kv.m olan iki otağın taxtadan ibarət arakəsməsi 12 kv.m, pəncərə çərçivəsi 1,5 kv.m və ev əşyaları 20 kv.m sahədə yanıb.

Yüksək temperaturdan ümumi sahəsi 15 kv.m olan ümumi dəhlizin lambirdən ibarət divar üzlüyü 8 kv.m sahədə əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər bina sakini təxliyə edilib. Otağın və dəhlizin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar