Bayram axşamı dəhşətli qəza baş verib, ölən var
31 Dekabr 2014 Çərşənbə 23:34
Xaçmaz rayonu köhnə Xudat kəndi ərazisində bu gün axşam saatlarında ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Xaçmazda bu gün axşam saatlarında ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun köhnə Xudat kəndi ərazisində baş verən qəzada bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlər alıb.

Belə ki, "Passat" markalı avtomobilin sürücüsü yolda dayanaraq sərnişini düşürmək istəyərkən yolda sürətlə şütüyən avtomobil arxadan "Passat"ı vurub.

Hadisənin təfərrüatları barədə əlavə məlumat verəcəyik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar