Bakının mərkəzində yanğın
12 Mart 2009 Cümə Axşamı 15:55
Bakıda yaşayış binasında yanğın olub. APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, yanğın baş verən yaşayış binası Prezident Aparatının yaxınlığında, İstiqlaliyyət küçəsi 13-də yerləşir.
Binanın 5-ci mərtəbəsində yerləşən, Məzahir adlı şəxsə məxsus 9-cu mənzildə başlanan yanğını söndürmək üçün 4 yanğın söndürən maşın cəlb edilib. İlkin məlumata görə, yanğına qısa qapanma səbəb olub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.
Qeyd edək ki, yanğın baş verən binanın 1-ci mərtəbəsində Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsi yerləşir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar