Bakıda yol qəzası baş verib
05 İyun 2009 Cümə 18:50
Bibiheybət məscidi yaxınlığında üç maşının toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib

 

Bu gün Bakının Səbael rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, Bibiheybət məscidi yaxınlığında «Vaz 2106» markalı avtomobil «Kamaz»la toqquşub, daha sonra isə «Vaz 21010» markalı avtomobil «Vaz 2106»ya çırpılıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar