Bakıda ölümlü yol qəzası baş verib
30 Mart 2009 Bazar Ertəsi 11:30
Hadisə Mərdəkan-Buzovna yolunda qeydə alınıb

Mərdəkan-Buzovna yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1962-ci il təvəllüdlü Rauf Ərşad oğlu Orucov idarə etdiyi 10-ZM-553 dövlət nömrə nişanlı “Mercedes” markalı maşınla yolu keçmək istəyən piyadanı vurub. Nəticədə piyada 1950-ci il təvəllüdlü Aleksandr Həsən oğlu Mustafayev ölüb. Sürücü polis tərəfindən saxlanıb. Faktla bağlı araşdırma aparılır./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar