Bakıda mənzildən oğurluq edilib
14 Mart 2009 Şənbə 12:40
Şübhəli şəxs qismində saxlanılan Fariz Yaqubovun əvvəllər də daha iki nəfərin evindən oğurluq etdiyi üzə çıxıb

Bakının Yasamal rayonunda mənzildən oğurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 13-də saat 05:00 radələrində M. Muxtarov küçəsində yaşayan Arzu İmanovanın mənzilindən açıq pəncərədən daxil olmaqla 130 manat və qızıl-zinət əşyaları oğurlanıb. Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 53 yaşlı Fariz Yaqubov tutulub. İstintaq yolu ilə onun martın 1-də Z. Adıgözəlov küçəsində kirayədə yaşayan Turə Əhmədovanın, martın 10-da isə C.Qaryağdı küçəsində yerləşən Aytən Seyidəliyevanın evindən oğurluq etdiyi məlum olub. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar