Bakıda maskalı şəxslər evə basqın etdilər
05 Sentyabr 2014 Cümə 18:11
Hadisə sentyabrın 4-ü saat 03:00 radələrində Nail Rzayevin Gəncə prospektindəki mənzilində baş verib.
Bakıda mənzili qarət edən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə sentyabrın 4-ü saat 03:00 radələrində Nail Rzayevin Gəncə prospektindəki mənzilində baş verib.

Belə ki, ev sahibinin Emin kimi tanıdığı və üzlərində maska olan iki naməlum şəxs daxil olub onun əl-ayağını yapışqanlı lentlə bağlayaraq, pul və zinət əşyaları tələb ediblər.

Onlar mənzildə axtarış apararaq ev yiyəsinə məxsus bir ədəd qızıl üzüyü və iki ədəd mobil telefonu götürərək gediblər.

Xətai RPİ 35-ci PB-nin keçirdiyi əməliyyat tədbirə nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Amid Qasımov, Umud Cəfərov və qardaşı Mirağa tutulublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar