Bakıda kişi borca görə özünü körpüdən atdı
06 Sentyabr 2013 Cümə 11:09
63 yaşlı kişinin həyatını xilas etmək mümkün olub.
Bu gecə saat 02:22 radələrində yaşlı kişi özünü Bakının Sabunçu rayonu ərazisində, “Koroğlu” metrostasiyası ərazisindəki körpüdən atıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 63 yaşlı Fəxrəddin Həsənov intihar məqsədilə özünü atıb. Lakin F.Həsənov öz arzusuna çatmayıb. Onu ağır yaralı halda 3 saylı Sabunçu xəstəxanaslna çatdırıblar. Hazırda onun həyatı üçün təhlükə yoxdur.
İlkin araşdırmalar zamanı onun borc üzündən intihar etməsi məlum olub. İnthara cəhdin dəqiq səbəbləri araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar