Bakıda İnfiniti oğurlandı
02 İyun 2014 Bazar Ertəsi 15:12
Paytaxt sakinləri maşından başqa 370 manatı və mobil telefonu götürüb.
Bakıda quldurluq edən bir neçə nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Əliyevə məxsus “İnfiniti” markalı avtomobilini, 370 manatı və mobil telefonu quldurluq yolu ilə alan Bakı şəhər sakinləri Natiq Abdullayev və İsmayıl İsmayılov tutulub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, quldurluq hadisəsində Şəki şəhər sakini Gülşən Əzizova, Göyçay rayon sakini Zeynal Mikayılov və Rəsul adlı şəxsin əlinin olduğu müəyyən edilib.

Qeyd edək ki, Natiq Abdullayev və İsmayıl İsmayılov əvvəllər də məhkum olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar