Bakıda iki qadın vəhşicəsinə döyülüb
06 Sentyabr 2014 Şənbə 10:56
Qadınlardan biri günorta, digəri gecə saatlarında döyülüb.
Bakıda iki qadın vəhşicəsinə döyülüb.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən əmlumata görə, hadisə müxtəlif vaxtlarda baş verib.

Belə ki, dünən saat 14:48 radələrində Müşviq qəsəbəsində 31 yaşlı C.B. küçənin ortasında naməlum şəxsin hücumuna məruz qalıb. Qadın vəhşicəsinə döyülüb. Qadını xəstəxanaya aparıblar. Ona ilkin yardım göstərilib. Daha sonra müalicə olunmaq üçün evə buraxılıb.

Digər hadisə isə bu gün səhər saat 04:30-da Səbail rayon ərazisində baş verib. Badamdar qəsəbəsində yaşayan 30 yaşlı Q.B. ölümcül döyülüb. Qadının ailə-münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyüldüyü bildirilir.

Qapalı kəllə-beyin travması alan qadın xəstəxanaya yerləşdirlib.

Faktla bağlı 8-ci polis bölməsində araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar