Bakıda iki nəfər öldü
02 Avqust 2014 Şənbə 11:52
“Mercedes” markalı avtomobil Biləsuvarda iki piyadanı vurub.
Bakıda iki piyadanı maşın vurub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisələrdən biri iyulun 31-i saat 23:10 radələrində, Suraxanı rayonu Yeni Suraxanı keçidinin yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Asim Musayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Biləsuvar rayon sakini, 1986-cı il təvəllüdlü Elnur Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Digər hadisə isə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib. Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Rəvan Zülfüqarov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəsəbə sakini, 1956-cı il təvəllüdlü Nəsibə Rəhimovanı vuraraq öldürüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar