Bakıda «Hammer»lə «Opel» toqquşub
21 Aprel 2009 Çərşənbə Axşamı 11:20
Bu gecə Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ANS-in məlumatına görə, Binəqədi rayon ərazisində, Zərifə Əliyeva parkının qarşısında, əks istiqamətdə hərəkət edən «Opel» və «Hammer» markalı avtomobillər toqquşub. Nəticədədə «Hammer»in sürücüsü Oqtay Əliyev və sərnişini Şirxan Əliyev, eləcə də digər avtomaşındakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər üç yaralı 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Binəqədi Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları qəzanın dəqiq səbəblərini araşdırır./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar