Bakıda Daewoo markalı avtobus yandı
17 May 2014 Şənbə 09:45
Nizami rayonunda vətəndaşa məxsus Daewoo markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb.
Bakıda sərnişin avtobusu yanıb.

FHN-dən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün 18 radələrində qeydə alınıb.

Nizami rayonunda vətəndaşa məxsus "Daewoo" markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar