Bakıda BMW və VAZ-2106'nın toqquşub
24 Mart 2009 Çərşənbə Axşamı 17:45
«VAZ-2106»nın sürücüsü Asif Əmrahov 1 saylı şəhər xəstəxanasında keçinib

Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Binəqədi-Novxanı- Fatmai yollarının kəsişməsində 22 yaşlı Elnur Mikayılovun idarə etdiyi «BMW» markalı 10-VZ-612 dövlət nömrə nişanlı və 30 yaşlı Asif Əmrahovun idarə etdiyi «VAZ-2106» markalı 10-JM-418 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə «VAZ-2106» markalı maşının sürücüsü Asif Əmrahov 1 saylı şəhər xəstəxanada keçinib. 

/ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar