Bakıda axtarışda olan şəxslər tutulub
26 Mart 2009 Cümə Axşamı 13:10
Tahir Həsənov dələduzluq, Ruslan İmamverdiyev isə oğurluq maddəsi ilə axtarışda olub

Bakı şəhərində axtarışda olan şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 18-ci polis bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Tahir Həsənovu tutub.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 24 yaşlı Ruslan İmamverdiyev tutulub. Hər iki faktla bağlı istintaq aparılır.

/ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar