Bakıda axtarışda olan şəxs tutulub
21 Aprel 2009 Çərşənbə Axşamı 10:40
Etibar Atakişiyev qanunsuz olaraq narkotik vasitə saxlama və ya satma, məhkəmə hökmünü icra etməmə maddələri ilə axtarışda olub

Bakı şəhərində axtarışda olan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, tutulan Etibar Atakişiyev Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddələri ilə axtarışda olub. Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E. Atakişiyev tutulub.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar