Bakıda axtarışda olan qadın tutulub
01 İyun 2009 Bazar Ertəsi 13:55
47 yaşlı Gülsüm Ağayeva oğurluq maddəsi ilə axtarışda olub

Bakı şəhərində axtarışda olan qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 47 yaşlı Gülsüm Ağayeva Azərbaycan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olub. Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində G. Ağayeva mayın 30-da tutulub.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar