Bakıda avtomobildən oğurluq edilib
02 Aprel 2009 Cümə Axşamı 11:30
Oğurluqda şübhəli bilinən Pərvin Hüseynov və Taleh Həşimov saxlanılıb

Bakının Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 1-nə keçən gecə R. Rüstəmov küçəsində Ruslan Şərifovun idarə etdiyi «VAZ-2106» markalı 10-OP-411 dövlət nömrə nişanlı avtomobilin şüşəsini evinin qarşısında sındırmaq yolu ilə maqnitofonun üst qapağı oğurlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 24 yaşlı Pərvin Hüseynov və 25 yaşlı Taleh Həşimov saxlanılıb. Faktla bağlı istintaq aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar