Bakıda avtomobil oğurlanıb
22 Aprel 2009 Çərşənbə 10:15
Maşını qaçıran 49 yaşlı Fəxrəddin Məmmədov Buzovna-Bilgəh yolunda maşınla birlikdə saxlanıb

Bakı şəhərində avtomobil oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 21-də saat 11:00 radələrində G. Məmmədova küçəsində Müseyib Fətullayevə məxsus «VAZ-2106» markalı 10-LP-674 dövlət nömrə nişanlı avtomobil qaçırılıb. Əzizbəyov rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Buzovna-Bilgəh yolunda maşını qaçıran 49 yaşlı Fəxrəddin Məmmədov maşınla birlikdə saxlanıb.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar