Bakıda avtobusdan yıxılan şəxs öldü
22 Avqust 2014 Cümə 12:44
Midibus markalı avtobus Nərimanov rayonunda dayanacaqda saxlayarkən sərnişini - Bakı şəhər sakini Bəhruz Cəfərov yıxılıb.
Nərimanov rayonunda bədbəxt hadisə baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, sərnişin avtobusundan yıxılaraq ölüb.

Hadisə avqustun 21-də saat 12 radələrində baş verib.

Belə ki, Abşeron rayon sakini Qurban Əliyev 71 saylı xətt üzrə idarə etdiyi “Midibus” markalı avtobusu Nərimanov rayonu Ə.Qayıbov küçəsində yerləşən dayanacaqda saxlayarkən sərnişini - Bakı şəhər sakini Bəhruz Cəfərov yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş Bəhruz Cəfərov orada ölüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar