Bakıda ağır yol qəzası olub
08 İyun 2009 Bazar Ertəsi 06:15
Sərxoş sürücünün yol hərəkəti qaydasını kobud şəkildə pozması nəticəsində xəsarət alanlar arasında altı aylı körpə də var

Bu gecə Bakının Nəsimi rayonu ərazisində sərxoş sürücünün yol hərəkət nişanının tələbini kobud surətdə pozması nəticəsində dörd nəfərin xəsarət alması ilə müşahidə olunan ağır yol qəzası baş verib. Yaralılar arasında altı aylıq körpə də var. Hadisə rayonun Mir Qasımov və Mirəli Qaşqay küçələrinin kəsişməsində baş verib. Qeydə alınmış avtoqəza zamanı “Mercedes” və VAZ-2107 markalı avtomaşınlar toqquşub.
Nəticədə VAZ-2107 markalı avtomobilin sürücüsü Məmmədov Fuad Əkrəm oğlu və onun sərnişinləri - bir ailədən olan altı aylıq körpə Məmmədov Raul Fuad oğlu, 18 yaşlı Məmmədova Rəna Xəyyam qızı və 43 yaşlı Məmmədova Sədaqət Tofiq qızı müxtəlif bədən xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Müvafiq tibbi yardımdan sonra stasionar qaydada müalicələrini davam etdirmələri üçün yaralılar şöbəyə yerləşdirilib.
İlkin araşdırmalardan sonra məlum olub ki, “Mercedes”-in sürücüsü avtomaşını sərxoş halda idarə edirmiş. Onun yolayırıcında qoyulmuş “Yol ver!” nişanının tələbinə riayət etməməsi qəzanın qaçılmaz edib. Faktla bağlı araşdırmalar aparılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar