Bakı şəhərində qətl hadisəsi baş verib
18 Aprel 2009 Şənbə 15:20
Goradil bağlar sahəsində Rüfət adlı şəxs münaqişə zəminində İqor Nikolskini bıçaqla qətlə yetirib

Bakının Binəqədi rayonu ərazisində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, rayonun Goradil bağlar sahəsində Bakı şəhər sakini Bəhram Şirvanskiyə məxsus bağ evində tanışı Rüfət adlı şəxs münaqişə zəminində İqor Nikolskini bıçaqla qətlə yetirib. Binəqədi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) madəsi ilə cinayət işi başlanıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar