Bakı Quba yolunda ağır yol qəzası baş verib
20 May 2014 Çərşənbə Axşamı 14:52
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin traxtorla toqquşması nəticəsində bir nəfər həlak olub.
ANS PRESS-in məlumatına görə, qəza günorta saatlarında Bakı-Quba yolunun Rusiya ilə sərhəddə yerləşən 84-cü kilometrliyində qeydə alınıb.
Quba istiqamətində hərəkət edən "Hyundai" markalı minik avtomobili ilə Belarusiya istehsalı olan traxtor toqquşub. Qəza zamanı minik avtomobilinin srücüsünün həlak olub.
Hadisə yerinə Baş Dövlət Yol Polisinin İstintaq İdarəsinin əməkdaşları gəliblər. İdarənin tətqiqatçısı Rauf Səfərovun sözlərinə görə, qəza zamanı minik avtomobili tanınmaz hala düşüb. FHN əməkdaşları hadisə yerinə gələrək meyidi avtomobildən çıxarıblar. Meyit tanımaz hala düşdüyü üçün onun şəxsiyyətini hazırda müəyən etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar