Bakı-Qazax yolunda qəza baş verib
10 Aprel 2014 Cümə Axşamı 12:26
Ötən gecə Bakı-Qazax yolunda ağır yol qəzası baş verib. VAZ-21012 markalı avtomobillə Mercedes markalı maşın toqquşub.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası Qazax rayonu ərazisində qeydə alınıb.

Belə ki, Şəmistan Bənnayevin idarə etdiyi “VAZ-21012” markalı avtomobillə Çaylı kəndi istiqamətində hərəkətdə olarkən Zeynal Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hər iki avtomobil sürətlə hərəkətdə olduqları üçün maşınlar yararsız hala düşüb. Qəza zamanı “VAZ 21012”-nin sürücüsü, polis nəfəri Şəmistan Bənnayev və “Mercedes”də olan sərnişin Akif Həsənov dünyasını dəyişib.

Qəza zamanı “VAZ 21012”-də olan daha bir polis nəfəri Elcan Rzayev və “Mercedes”in sürücüsü Zeynal Həsənov isə ağır yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar