Bakı metrosunda qızların oğlan davası
04 İyun 2014 Çərşənbə 13:37
Gənc xanım oğlanın yanındakı qızın saçından yapışaraq onu vaqonda sürümək istəyib.
Bu gün metronun “20 Yanvar” stansiyasında iki qızın əlbəyaxa davası olub. Hadisə şahidlərinin verdikləri məlumata görə, metronun “Memar Əcəmi” stansiyasından “20 Yanvar” stansiyasına doğru hərəkət edən qatarda iki qız oğlana görə əlbəyaxa dalaşıblar.

Sevgilisi ilə vaqonda əyləşən oğlanla qızın üzərinə hücum çəkən gənc xanım oğlanın yanındakı qızın saçından yapışaraq onu vaqonda sürümək istəyib.

Xanımların bir-birini əvvəlcədən tanıdığı və onların oğlana görə əlbəyaxa olduqları aydınlaşıb.

Belə ki, hücum çəkən gənc qız “sevgilimi əlimdən aldın” deyib, ona hücum çəkib. Qızların davasına ətrafda olan insanlar da müdaxilə ediblər. Onlar qatardan düşürdülüb. Dava metro polisinin müdaxiləsi olmadan başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar