Bakı bulvarında yanğın baş verib
12 Aprel 2014 Şənbə 10:48
Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.
Bu gün səhər saatlarında Bakının Səbail rayonu ərazisində kafe yanıb.

ANS PRESS-in məlumatına görə, yanğın saat 05 radələrində Dənizkənarı Milli Parkdakı kafelərin birində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülabi Vaqif oğlu Xəlilova məxsus kafe yanaraq külə dönüb. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğın yanğınsöndürənlərə tərəfindən söndürülüb.

İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar