Bakı-Aeroport şosesində avtomobil piyadanı vurub
13 Aprel 2009 Bazar Ertəsi 11:20
Yaşasın Həsənov aldığı xəsarətdən dünyasını dəyişib

Bakının Sabunçu rayonu ərazisində avtomobil 72 yaşlı piyadanı vurub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı-Aeroport şosesində 46 yaşlı Fərman Əzimov idarə etdiyi «Mercedes» markalı 10-NE-202 dövlət nömrə nişanlı avtomobillə 72 yaşlı Yaşasın Həsənovu vurub. Nəticədə zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar