Azərbaycanda iki nəfər təbii qazdan zəhərlənib
01 Aprel 2009 Çərşənbə 16:30
Sumqayıt sakini Vəfa Qəribova və Gəncə sakini Ayşə Musayeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib

Azərbaycanda təbii qazdan zəhərlənmə hadisələri baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 31-də Təcili Tibbi Yardım Şöbəsinin həkimi Abdulhəsənov tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə zəng edilərək Vəfa Qəribovanın təbii qazdan zəhərlənmə ilə xəstəxanaya gətirilməsi barədə məlumat verilib.
Həmin gün saat 16.00 radələrində isə Gəncə şəhəri Kəpəz rayon sakini Ayşə Musayeva evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Hər iki faktla bağlı araşdırmalar aparılır. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar