Azadlıq prospektində bahalı qəza baş verib
17 May 2014 Şənbə 06:33
Qəza nəticəsində “KIA” “Mercedes” və “BMW” markalı avtomobillər toqquşub.
Bakının Nəsimi rayonunda üç maşının toqquşması ilə nəticələnən qəza baş verib. Qəza Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Qəza nəticəsində “KIA” “Mercedes” və “BMW” markalı avtomobillər toqquşub. Hadisə şahidlərin verdiyi məlumata görə, qəza “KIA”-nın sürücüsünün gözləmə nişanının tələbini pozması nəticəsində baş verib. Qəzada xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisə Nəsimi rayon dövlət yol polis şöbəsinin əməkdaşları gəliblər.

Qəza ilə bağlı həmin ərazidə nəqliyyatın hərəkətində bir müddət sıxlıq da yaranıb. Hər üç avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normal vəziyyətə qayıdıb.

Faktla bağlı Nəsimi rayon dövlət yol polis şöbəsində araşdırma aparılır. Qəzanın baş verməsinin səbəb də məhz bu araşdırmalardan sonra məlum olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar