Avtomobil 64 yaşlı piyadanı vurub
28 Aprel 2009 Çərşənbə Axşamı 10:15
Hadisədə təqsirli bilinən Miribrahim Bədirxanov saxlanılıb

Bakının Nizami rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Babək prospekti 85-də yerləşən ABU petrol yanacaqdoldurma məntəqəsinin qarşısında naməlum avtomobil 64 yaşlı Seyran Məmmədovu vurub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən «VAZ-2102» markalı 10-EO-430 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 48 yaşlı Miribrahim Bədirxanov müəyyən edilərək saxlanılıb.

Anar Məmmədov /ANS PRESS/



    



DOSTLARINLA PAYLAŞ:

oyunlar