Avtobusda oğurluq edən şəxs tutulub
21 Aprel 2009 Çərşənbə Axşamı 10:10
324 saylı marşrut avtobusunda Mahirə Babayevanın əl çantasından 160 manatı oğurlanıb

Bakının Suraxanı rayonu ərazisində marşrut avtobusunda oğurluq hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 19-da saat 21:00 radələrində 324 saylı marşrut avtobusunda Mahirə Babayevanın əl çantasından 160 manatı oğurlanıb. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədən bir gün sonra oğurluqda şübhəli bilinən, 21 yaşlı Ramiz Əliyev saxlanılıb.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar