ART Garden restoranında baş aşpaz restoranda öldü
07 Avqust 2014 Cümə Axşamı 10:48
İçərişəhərdə, Asəf Zeynallı küçəsi 22 ünvanında yerləşən ART Garden restoranında baş aşpazın halı qəfil pisləşib.
Bakının Səbail rayonu ərazisində yerləşən məşhur restoranlardan birində ölüm hadisəsi baş verib. ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, avqustun 6-da gecə saatlarında İçərişəhərdə, Asəf Zeynallı küçəsi 22 ünvanında yerləşən “ART Garden” restoranında baş aşpazın halı qəfil pisləşib.

Baş aşpaz Sadıqov Tofiq Seyfulla oğluna yardım göstərilməsi üçün təcili tibbi yardıma müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, T.Sadıqov ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırmalar aparılır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar