Ağcabədi və Bərdədə qoyun oğurlanıb
09 Aprel 2009 Cümə Axşamı 13:35
Oğurluğu törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb

 

Ağcabədi və Bərdə rayonlarında mal-qara oğurluğu edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Ağcabədi rayonunda aprelin 7-də Şahbəndə Şahbəndəyevə məxsus 24 baş qoyun oğurlanıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bərdə rayon sakini Nəbi Qılıcov, Kəlbəcər rayon sakini İbrahim Qılıcov və Ağcabədi rayon sakini Tural Cəfərov tutulublar.

Bərdə rayonunda Alaçadırlı kənd sakini Anar Hüseynova məxsus 16 baş qoyun həyətindən oğurlanıb. Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Tərtər rayon sakini Şükür Hüseynov və Hacımahmudlu kənd sakini Faiq Həziyev tutulub. Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar