9 ayda 845 nəfəri itirdik
23 Oktyabr 2014 Cümə Axşamı 18:07
Respublikada 1959 yol-nəqliyyat hadisəsi baş verib.
Statistikaya görə, bu ilin 9 ayı ərzində respublikada 1959 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 845 nəfər dünyasını dəyişib,1993 nəfər isə xəsarət alıb.

ANS TV-nin məlumatına görə, paytaxtda isə baş verən 679 qəza nəticəsində 237 nəfər ölüb, 667 nəfər isə yaralanıb.

Sürücülərin diqqətsizliyi, sürət həddinin aşılması çox vaxt insanlari getdikləri yerə deyil, onları son mənzilə aparır. Elə statistikaya nəzər saldıqda da bunu bir daha görmək mümkündür. Ən çox hadisələr isə piyadaların vurulması ilə bağlı olub. 9 ay ərzində 707 piyada vurulması hadisəsi qeydə alınıbki- 267 nəfər dünyasını dəyişib, 499 nəfər yaralanıb. Piyada vurulması hadisələri ümumi qəzaların 36%-ni təşkil edib.

Toqquşma nəticəsində baş verən 681qəzada 299 nəfər dünyasını dəyişib, 922 nəfər isə yaralanıb. Bu isə ümumi qəzaların 34,7 faizini təşkil edib.

İdarəetməni itirərək aşma nəticəsində baş verən 258 qəzada 147 nəfər ölüb, 251 nəfər xəsarət alıb. Aşma ilə nəticələnən qəzalar ümumi qəzaların 13,1 %-ni təşkil edir.

Ötmə əməliyyatını düzgün aparmamaq nəticəsində isə 630 hadisə baş verib. Nəticədə 256 nəfər dünyasını dəyişib,763 nəfər xəsarət alıb. Bu isə ümumi qəzaların 32,1 %-ni təşkil edir.

Sürət həddinin aşılmasına görə 571 hadisə olub, 293 nəfər ölüb, 468 nəfər yaralanıb.

BDYPİ -nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyir ki, 9 ay ərzində yük maşınlarının iştiraki ilə 111 hadisə olub ki, bu hadisədə 51 nəfər ölüb, 113 nəfər yaralanıb. Avtobusların iştiraki ilə isə 60 hadisə olub- 25 nəfər ölüb, 63 nəfər isə yaralanıb.

Baş verən hadisələrdə azyaşlıların da ölümü qaçılmaz olub. Hadisə nəticəsində 74 uşaq ölüb,175-i isə yaralanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar