70 yaşlı kişi özünü öldürüb
19 Yanvar 2009 Bazar Ertəsi 10:52
Şəki. Vüqar Heydərov. APA. 70 yaşlı Şəki sakini özünü öldürüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon Prokurorluğundan məlumat verilib.
Hadisə ötən gün Şəki şəhəri ərazisində qeydə alınıb. 1938-ci il təvəllüdlü Şəki şəhər sakini Xəlilov Xəlil Zəkəriyyə oğlu yaşadığı evin divarında quraşdırılmış şkafın içərisində özünü elektrik naqili ilə asaraq intihar edib. İlkin araşdırma zamanı, X. Xəlilovun əsəb xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi qaldırılıb və araşdırma davam edir.
Qeyd edək ki, bu, son günlər ərzində Şəkidə qeydə alınmış ikinci intihar hadisəsidir. Bir neçə gün əvvəl 52 yaşlı Şəki şəhər sakini Məmmədov Xəlil İlyas oğlu da özünü yaşadığı evin kandarındakı tirdən asaraq intihar edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar