Zakir Həsənov Qızıl Xaç Komitəsi sədrini qəbul edib
25 İyul 2014 Cümə 07:35
Müdafiə naziri Zakir Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranı qəbul edib.

Müdafiə Nazirliyi Mətbuat Mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, tərəflər arasında görüş ötən gün baş tutub.

Görüşdə beynəlxalq qurumla ölkəmiz arasında qarşılıqlı əlaqələr, həyata keçirilən fəaliyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar